“İyulun 10-da imzalanacaq bəyannamədə vurğulanacaq ki, müvafiq çəkindirici nüvə qüvvələri müstəqil olaraq qalır, lakin onlar koordinasiya edilə bilər. Həmçinin Avropa üçün yarana biləcək fövqəladə təhlükə hər iki ölkənin reaksiyasına səbəb olmayacaq məqam yoxdur”, - Yelisey sarayının və Böyük Britaniya hökumətinin yaydıqları bəyanatda deyilir.
Xatırladaq ki, may ayında nüvə arsenalını genişləndirməyi planlaşdıran Londonun ABŞ-dən “B61” nüvə bombaları daşıya bilən “F-35A” qırıcıları almaq üçün danışıqlar apardığı məlum olub. Hazırda Böyük Britaniya öz nüvə arsenalını dörd “Vangard” tipli nüvə sualtı qayıqlarında yerləşdirilib. Bu sualtı qayıqlar Amerikanın “Trident II” ballistik raketlərini daşıyır.
Bundan daha əvvəl, mart ayında isə Fransa prezidenti Emmanuel Makron ölkəsinin Rusiyanı “tçəkindirmə” strategiyasının bir hissəsi kimi 2035-ci ilə qədər nüvə gücünə malik hipersəs raketləri və yeni nəsil döyüş təyyarələri yerləşdirəcəyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


